FHN-nin sosial dəstək tədbirləri davam edir  - VİDEO
27 may 2020 18:05 (UTC +04:00)

FHN-nin sosial dəstək tədbirləri davam edir - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir.

Lent.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ, Xətai və Binəqədi rayonlarında yaşayan tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq yardımı və tibbi maskalar çatdırılır.

4000 ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran FHN əməkdaşları ölkəmizdə koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması məqsədilə onlarla maarifləndirici söhbətlər də aparır, sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər sanitar-gigiyenik tələblərə əməl edilməsinin vacibliyini bildirirlər.

# 6151
avatar

Oxşar yazılar