06:12
24 May 2020

Nyu-Yorkda ilk dəfə: ölüm sayı 100-dən az oldu

Nyu-York ştatında son sutkada koronavirus qurbanlarının sayı 84 nəfər olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nyu-Yorkda epidemiyanın pik həddindən sonra ilk dəfə ölənlərin sayı 100-dən az olub.

Xatırladaq ki, ABŞ-da pandemiyadan ölən və yoluxmaların sayı ən çox Nyu-York ştatında müşahidə edilib. Ştatda bir gündə qeydə alınan ölüm sayı 700-dən, yoluxma isə 3000-dən çox olub.

Dİgər xəbərlər