<font color=red>®</font> "Bakcell" yeni irihəcmli internet paketini təqdim edib
22 may 2020 14:09 (UTC +04:00)

® "Bakcell" yeni irihəcmli internet paketini təqdim edib

Abunəçilərin irihəcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə “Bakcell” şirkəti 30 manat dəyəri olan yeni 50 GB internet paketini təqdim edib.

Şirkətdən Lent.az-a verilən məlumata görə, bu təklif sayəsində “Bakcell” öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İri həcmli internet paketi yüksək keyfiyyətli video kontentə baxmaq və ya yükləmək, sosial media və əyləncə proqramlarına ani giriş edə bilmək, HD keyfiyyətində canlı yayımlanan idman və musiqi verilişlərinə baxmaq və yeni nəsil mürəkkəb mobil tətbiqetmələrdən istifadə etmək istəyən abunəçilər üçün çox əlverişlidir.

“Müasir müştəri təcrübəsi daha sürətli və keyfiyyətli mobil internet bağlantısı, eləcə da daha böyük trafik həcmi tələb edir. Biz abunəçilərimizə bütün ölkə ərazisində video yayım xidmətləri, sosial şəbəkələr və digər yüksək keyfiyyətli kontentlə yanaşı ən müasir telekommunikasiya xidmətlərindən istifadə imkanı təqdim etməkdən məmnunuq. Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı üstün müştəri təcrübəsini təmin etmək məqsədilə, təklif etdiyimiz xidmət və məhsulların təkmilləşdirilməsini davam etdirəcəyik”, - deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

# 3313
avatar

Oxşar yazılar