1902
13:00
22 May 2020

"Biz də qəlbən, ruhən sizinləyik" - Qəhrəman ana Prezidentə yazdı...

Azərbaycanda dövlətin daim vətəndaşların sağlamlığını düşünməsi və qayğısına qalması koronavirusla mübarizə çərçivəsində görülən işlərlə bir daha sübuta yetirildi. Pandemiyanın ölkəni cənginə almasına imkan verməyən bu addımlar vətəndaşlar tərəfindən yüksək rəğbətlə qarşılandı.

Bütün bunlara görə, respublikanın ayrı-ayrı yerlərindən dövlət başçısıan təşəkkür məktubları ünvanlanır. Növbəti belə məktubu Cəlilabad rayonundan qəhrəman ana adını almış Nəzakət Zeynalova yazıb.

Lent.az həmin məktubu təqdim edir:

“Hörmətli cənab Prezident!

Böyük fədakarlıqla xalqımızın qayğısına qaldığınıza görə Sizə və Mehriban xanıma özümün və ailəmin adından təşəkkürümüzü bildirirəm. Bu ağır günlərdə xalqımıza həm mənəvi, həm də maddi kömək göstərdiniz. Sizin düşünülmüş və uzaqgörən tədbirləriniz nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Siz bir Prezident, uzaqgörən siyasi xadim kimi xalqa yaxınsınız, bizimlə birlikdəsiniz. Biz də qəlbən, ruhən Sizinləyik. Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildirir, hər ikinizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.

Dİgər xəbərlər