Yeni təqdim ediləcək mobil telefonda qulaqlıq olmayacaq
21 may 2020 19:56 (UTC +04:00)

Yeni təqdim ediləcək mobil telefonda qulaqlıq olmayacaq

Payıza planlaşdırılmış “iPhone 12” istehsal xəttinin smartfonları pulsuz qulaqlıqla təchiz edilməyəcək. 

Lent.az “ICTnews”a istinadən xəbər verir ki. “Apple” şirkəti 2020-ci ildən başlayaraq öz smartfonlarını pulsuz simli “EarPods” qulaqlıqlarından məhrum edəcək.

İnsayder Min-Çi Konun fikrincə, “Apple” şirkətinin “AirPods” qulaqlıqlarının satış həcmini yüksəltmək üçün nəzərdə tutulmuş yenilənmiş siyasəti səbəbindən yeni “iPhone” cihazları pulsuz qulaqlıqdan məhrum olacaq.

Xatırladaq ki, 2016-cı ildə şirkət aktual “iPhone 7” və “7 Plus” smartfonlarını qulaqlıqlar üçün portdan məhrum etmişdi və bunu suyun düşməsindən qoruma ilə izah etmişdi. Əvəzində komplektə “Lightning” konnektorundan istifadə edən “EarPods” əlavə etmişdilər. Həmçinin “iPhone” qutularına yeni smartfonlarda köhnə tip qulaqlıqlardan istifadəyə imkan verən adapter yerləşdirilmişdi.

# 3769
avatar

Oxşar yazılar