"Çoxundan fərqlənirəm" - Azərbaycanlı müğənni
21 may 2020 10:22 (UTC +04:00)

"Çoxundan fərqlənirəm" - Azərbaycanlı müğənni

Müğənni Günay İbrahimli həmkarlarından söz açıb.

Lent.az-ın məlumatına görə, "MTV Azərbaycan" da qonaq olan ifaçı həmkarlarından uzaq qaçdığını söyləyib:

"Çoxlarının xətrini çox istəyirəm, amma şou-biznesdə dostum yoxdur. Birlikdə tədbirlərdə, efirlərdə görünürük. Dostlarım tam başqa sahənin adamlarıdır. Bir ara qruplaşmalara məni saldılar, çıxdım. Diqqət edirəm, hər şeydən kənar gəzirəm. Yaxın olduqca, problem artır. Bir ara şou əhli ilə çox yaxın oldum, görüşdüm, sonra gördüm ki, olmaz. İşimi görürəm, çəkilişim bitir və evimə gedirəm. Bu qadağanı özüm özümə qoymuşam. İnstaqram çıxandan lap diqqət etməyə başlamışam.

Hər kəs əlçatandır. Müğənnilər, makiyaj ustaları artıb. Çox sahələrdə bir səhifə açıb, olurlar məşhur. Düşünürəm ki, mən fərqlənirəm. Şou-biznesə sosial şəbəkələrin aktiv olmadığı ərəfədə gəlmişəm. O vaxt ildə iki mahnı təqdim edirdik. İndi ayda birini oxuyuruq. Bir mahnı radioda, telekanallarda səslənirdi. İndi hərə bir "YouTube" kanalı açıb, orda məşhur olub. Ortalıqda müğənnilər çoxdur".

# 4051
avatar

Yalçın UĞUR

Oxşar yazılar