02:16
20 May 2020

ABŞ və Kanada iyunun 21-dək sərhədlərin açılmaması barədə razılığa gəlib

ABŞ və Kanada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində sərhəd-keçid məntəqələrində məhdudiyyətləri iyunun 21-dək uzatmaq barədə razılığa gəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Jastin Tryudo jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edib ki, bu səhər Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib.

Baş nazir əlavə edib ki, iki ölkə arasında səfərlərə yalnız çox vacib, eyni zamanda zəruri hallarda icazə verilir.

Dİgər xəbərlər