1966
22:59
19 May 2020

SEPAH qüvvələri ilə terrorçular arasında atışma: ölənlər var

İranın Kürdüstan əyalətində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) qüvvələri ilə terrorçular arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, məlumatı Həmzə Seyidüş-Şühəda qərargahı yayıb.

Məlumata görə, Mərivan bölgəsində baş verən atışmada terror qruplaşmanın 8 üzvündən 2-si öldürülüb, 4-ü yaralanıb.

Digər qrup üzvləri havanın qaranlıq olmasından istifadə edərək qaça bilib.

Onların axtarılması istiqamətində əməliyyat davam etdirilir.