Fədayə Laçın oğlu ilə Bakıya qayıda bilmir - VİDEO
18 may 2020 10:20 (UTC +04:00)

Fədayə Laçın oğlu ilə Bakıya qayıda bilmir - VİDEO

Müğənni Fədayə Laçın Moskvada kirayə qalır.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Bizimləsən” verilişində deyib:

"Novruz bayramında Moskvaya gəldik. Dostlarım dəstək üçün konsert təşkil etmişdi. Amma yarımçıq qaldı. O vaxtdan da Bakıya qayıda bilmirəm. Rusiyada kirayə ev tutmuşam, oğlum Əlhəmlə bir qalırıq. Qətiyyən burada daimi qalmaq fikrim yoxdur. Laçından ayrı düşmüşəm, vətəndən də ayrıla bilmərəm. Konsertdən yaxşı pul qazandım. Amma yedim qurtardı. Burada dostlar var, bizi evdən çıxmağa qoymurlar. Hər şey alıb göndərirlər".

# 6196
avatar

Yalçın UĞUR

Oxşar yazılar