Bu ölkədə koronavirusdan ilk ölüm qeydə alındı
17 may 2020 16:51 (UTC +04:00)

Bu ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Nepalın Səhiyyə və əhali nazirliyi ölkə ərazisində koronavirusa görə ilk ölüm halının qeydə alındığını təsdiqləyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, COVID-19-a yoluxan qadın xəstəxanaya aparılanda yolda vəfat edib. Həkimlər koronavirus testini ölümdən sonra keçiriblər və nəticə müsbət olub.

Nepalda yeni növ koronavirusa 281 yoluxma qeydə alınıb.

# 5461
avatar

Oxşar yazılar