06:37
13 May 2020

ABŞ Çin qarşısında şərt qoydu: Hesabatı təqdim et

Respublikaçı senator Lindsi Qrem “Pekinin əməkdaşlıq etməyəcəyi və koronavirusun yayılmasına səbəb olan hadisə barədə tam hesabatı göstərməyəcəyi” halda Çinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini ABŞ Senatına təqdim edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Amerikanın qanunverici orqanının mətbuat xidməti bildirib.

“Əminəm ki, Çinin Kommunist partiyasının yalanı olmasaydı, burada – ABŞ-da virus olmazdı. Çin beynəlxalq birliyi araşdırma aparmaq üçün Uhandakı laboratoriyasına buraxmaqdan imtina edir. Onlar mütəxəssislərin virusun yayılmasını öyrənməsinə icazə vermirlər. Əmin oldum ki, onları buna məcbur etməsək, Pekin ciddi araşdırma sahəsində əməkdaşlıq etməyəcək. Əməkdaşlıq etməsələr, bu sərt qanun layihəsi əsasında Çinə qarşı sanksiya tətbiq olunacaq”, - Qrem belə deyib.

Qanun layihəsinə əsasən, 60 gün ərzində Vaşinqton administrasiyasının rəhbəri ABŞ, onun müttəfiqləri və ya BMT strukturları tərəfindən istənilən araşdırma aparılması üçün Çinin tam hesabat təqdim etdiyini Konqres qarşısında təsdiqləməlidir. Bundan başqa, təşəbbüsün müəllifi tələb edir ki, ÇXR hökuməti virusun heyvandan insana potensial şəkildə ötürülə biləcəyi dəniz məhsulları bazarlarını bağlasın və pandemiyanın əvvəllərində Honkonqda keçirilən hökumət əleyhinə aksiyalarda saxlanılan fəalları azad etsin.

“Bunlar təsdiqlənməyəcəyi halda, prezident hesabların dondurulması, çıxışa qadağa qoyulması, vizaların sıfırlanması, Amerikanın maliyyə institutlarının kredit verilişinə və Çin müəssisələrini sığortalamasına qadağa qoyulması, Çin şirkətlərinin öz qiymətli kağızlarını ABŞ birjalarına yerləşdirməsinə qadağa qoyulması kimi sanksiya üsullarına əl atmalı olacaq”, - deyə sənəddə qeyd olunub.

Dİgər xəbərlər