16:01
12 May 2020

Bu ölkənin ən yaşlı qadını koronavirusdan sağaldı

İspaniyanın ən yaşlı sakini koronavirusdan sağalıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 113 yaşlı Maria Braniyas koronavirusdan sağalıb.

20 ildir Kataloniyada qocalar evində yaşayan Maria Braniyasın üç övladı, 11 nəvəsi və 13 nəticəsi var.

Qeyd edək ki, İspaniyada indiyədək 228 mindən çox şəxs koronavirusa yoluxub, 26 920 xəstə vəfat edib.

Dİgər xəbərlər