19:56
11 May 2020

Tanınmış futbolçu koronavirusa yoluxdu

Portuqaliyanın “Benfika” klubunun futbolçusu David Tavares koronavirusa yoluxub.

Bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun ev şəraitində karantinə alındığı bildirilib.

Testdən keçən “Benfika”da Tavaresdən başqa yoluxma faktı qeydə alınmayıb. /qol.az

Dİgər xəbərlər