"Real" 101 milyona aldığı futbolçunu satır
11 may 2020 14:02 (UTC +04:00)

"Real" 101 milyona aldığı futbolçunu satır

"Real"ın futbolçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

"Nyukasl" 30 yaşlı hücumçu ilə maraqlanır. Madrid təmsilçisinin uelsli oyunçunu 20 milyon avroya satmağa hazır olduğu bildirilib. İllik maaşı 17 milyon avro olan Beyli "Real" sataraq büdcəsini tənzimləmək istədiyi vurğulanıb.

Qeyd edək ki, Beylin La Liqa klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Xatırladaq ki, Beyl 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya "Real"a transfer olunub.
/qol.az

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678

Oxşar yazılar