01:26
10 May 2020

Fransada fövqəladə vəziyyət iyulun 10-dək uzadıldı

Fransa Parlamenti şənbə günü koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş fövqəladə vəziyyətin iyulun 10-dək uzadılması barədə qanun layihəsini təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin rəsmi “Twitter” hesabında bildirilib.

Qeyd edilib ki, 252 millət vəkilindən 87 nəfəri təqdim olunan qanun layihəsinin əleyhinə səs verib.

Dİgər xəbərlər