Leyla Bədirbəylinin 100 illiyi münasibətilə sərgi açılıb
08 may 2020 15:20 (UTC +04:00)

Leyla Bədirbəylinin 100 illiyi münasibətilə sərgi açılıb

Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.

Milli Arxiv İdarəsindən Lent.az-a bildirilib ki, virtual sərgi görkəmli aktrisanın anadan olmasının 100-cü ildönümünün qeyd olunması haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Sərgidə aktrisanın 20-dən çox fotosu yer alır.

Qeyd edək ki, unudulmaz sənətkar “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanıb, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirib.

# 3447
avatar

Oxşar yazılar