6648
19:57
06 May 2020

Milyarder özünü öldürdü - Rusiyada

Rusiyalı milyarder, “Sibantrasit” və “Vostokuqol” şirkətlərinin sahibi Dmitri Bosov intihar edib.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, mənbənin məlumatına görə, biznesmen mayın 5-dən 6-na keçən gecə özünü öldürüb. Onun Moskva ətrafındakı Usovo qəsəbəsindəki evində intihar etdiyi bildirilir.

Məlumata görə, o, prezident Vladimir Putinin təşəbbüsü ilə yaradılan Gecə hokkey klubunun sponsoru idi.

2020-ci ildəki vəziyyətinə görə Bosov “Forbes”in Rusiya reytinqində 86-cı yeri tutub. Onun varidatı 1,1 milyard dollar qiymətləndirilir.