Rəqsanə: "Morqdayam, koronavirusdan öldü"
06 may 2020 16:53 (UTC +04:00)

Rəqsanə: "Morqdayam, koronavirusdan öldü"

Müğənni Rəqsanə İsmayılovanın köməkçisi koronavirusdan dünyasını dəyişib. Bu barədə Lent.az-a açıqlamasında müğənninin özü açıqlayıb: “Vallah indi çox pisəm. İndi morqdayam. İşçim virusdan öldü”.

 Qeyd edək ki, prodüser Tolik intaqramında canlı açaraq, bu barədə danışıb: "Söz tapmıram, 47 yaşında cavan gəlin... 10 yaşında körpə uşağı var. Adı Mehbarə idi. 20 gündür işə gəlmirdi. Sürücünü göndərdim gətirdi. Halsız idi, dedi ağrıyıram. Gedib xəstəxanaya, mualicə ediblər, 3 gün qalıb. Sonra nə qədər zəng etdik telefona cavab vermədi. Bir nəfər gəlib dedi ki, rstorandakı işçiniz rəhmətə gedib. Burada heç kimi yoxdur, ailəsinə xəbər verdim. İndi cənazəni Azərbaycana göndərməliyəm".

# 8343
avatar

Yalçın UĞUR

Oxşar yazılar