13:43
06 May 2020

Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva qalmaqallardan danışıb.

Lent.az -ın məlumatına görə, müğənni "Show news" verilişində deyib:

"Əvvəl kimsə haqqımda nəsə deyəndə, mənə söz atanda əsəbiləşirdim, indi boş verirəm. Reaksiya vermək qarşı tərəfə şərəf olur. Özünü önəmsəyir. Daha çox tanınmışlara söz atıb gündəmə gəlmək istəyirlər. Mənimlə də qalmaqal etmək istəyənlər çox olub, ad çəkmək istəmirəm. Reklam olar onlar üçün. Sözü deyirsən, sahibi özü götürür. Üzə vurmasa da, içində fikirləşir ki, sözün sahibi mənəm. Məni zəif bilsəydilər, adımdan istifadə etməzdilər. İndi antireklam da bir reklam olub.

Yanında cangüdənlərlə gəzən "müğənnicikləri" indi sayan yoxdur. Ona görə də indi sənətinlə yadda qalmalı, sevilməlisən. Sənətə indi maşını, cangüdəni ilə gəlirlər və gündəm olduqlarını düşünürlər. Yazıqlarda belə düşüncə formalaşıb. Sənətin olmasa, heç kimə maraqlı deyilsən. Elə yazıq müğənnilər bir ay efirə çıxmasalar, bilirlər ki, unudulacaqlar. "Dişim ağrıyır", "anam öldü", "xəstəyəm" kimi hallarla sənətdə alver etmək olmaz".

Dİgər xəbərlər