17:39
04 May 2020

Avtobus kartlarına ödəmə belə də mümkün olacaq - BNA

“Bakıdakı bütün sərnişin avtobuslarında gediş haqqının karta ödənilməsi təmin edildikdən sonra kartlara onlayn ödəmə mümkün olacaq”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O əlavə edib ki, əvvəlcədən onlayn ödəmə sisteminə keçid bu ilə nəzərdə tutulub: “Pandemiya ilə bağlı hələlik məsələ qalıb. Kart aparatlarında bəzən texniki problemlər ortaya çıxır. “Bakıkart”la bağlı hər hansı texniki problemi müşahidə etməmişik, ancaq digərlərində müşahidə olunub. Bu problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

Dİgər xəbərlər