1194
14:41
04 May 2020

Ermənistanda 3 nəfər yenidən koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yenidən yoluxma halı qeydə alınıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu haqda ölkənin səhiyyə naziri Arsen Torosyan məlumat verib.

Onun sözlərinə görə, hazırda Ermənistanda 3 nəfərdə yenidən koronavirusa yoluxma qeydə alınıb. Onlar hazırda digərlərinin yoluxmaması üçün təcrid olunub.