05:34
04 May 2020

Türkiyədə əhali bu proqramla pulsuz maska alacaq

Türkiyənin Səhiyyə Nazirliyi əhaliyə pulsuz tibbi maska paylamaq üçün yeni üsulunu açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Belə ki, nazirlik əhalinin xidmətinə təqdim etdiyi mobil marketlərdən pulsuz endirilə bilən "Hayat Eve Sığar" proqramı ilə maska kodu almaq mümkün olacaq.

Qeyd edək ki, bu proqram həm də Türkiyə vətəndaşlarının yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində öz sağlamlıqlarını nəzarətdə saxlamağa və COVID-19 təhlükəsi ehtimal edilən yerlərdən uzaqlaşmaq xəbərdarlığını almağa da imkan verir.

Proqramdakı xəritə üzərindən Türkiyədə həm də xəstəxana, aptek, market, avtobus dayanacağı kimi təcili ehtiyacları olan yerləri də görmək mümkün olacaq.

Eyni zamanda əlavə təsdiq düyməsi ilə proqrama öz yaxınlarının telefon nömrələrini daxil edə bilən Türkiyə vətəndaşlarının qohumlarının təhlükəsizliyinə dəstək vermək olacaq.

Bundan başqa, proqramda gündəlik COVİD-19 cədvəli görünür.

Dİgər xəbərlər