746
10:18
02 May 2020

"Nəfəs alan" kontroller hazırlandı

Şimali Karolina Universitetinin tədqiqatçıları istənilən elektronika qurğusuna quraşdırıla bilən nazik elastik material hazırlayıblar.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, yeni materialın özəlliklərindən biri onun havakeçirtmə qabiliyyətidir ki, bu da dəri ilə uzunmüddətli kontakt vaxtı ondan rahat şəkildə istifadə etməyə imkan verir.

Yeni texnoloji ixtira tibb sahəsində geniş tətbiq oluna bilər. Tədqiqatçılar innovativ materialdan hazırlanmış qoldan kontroller kimi istifadə edərək onun daşınan qurğular bazarında tətbiq imkanını nümayiş etdiriblər. Həmçinin yeniliyin biotibb sahəsində faydalı olacağı güman edilir.