Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” III Respublika Uşaq Rəsm Festivalına start verilib və festival çərçivəsində müsabiqə elan olunub.

Lent.az  xəbər verir ki, festivalda iştirak etmək istəyən çoxsaylı insanların müraciətləri və koronavirus pandemiyası ilə əlaqədar müsabiqənin müddətinin artırılması xahişləri nəzərə alınaraq festival mayın 15-dək uzadılıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əlavə məlumat əldə etmək mümkündür.