Qarabaşaq şorbası (1 yaş +)
30 aprel 2020 09:24 (UTC +04:00)

Qarabaşaq şorbası (1 yaş +)

Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Qarabaşaq fosfor, dəmir, kalsium, maqnezium, mis, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ət ilə müqayisə etmək olar. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı, yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır. Qarabaşaq yaramasının körpənizə verib-verilməməsi sualına cavab, körpənin sağlamlığını izləyən həkimdən ala bilərsiniz. Ancaq ümumi tövsiyələrə görə, 1 yaşından sonra başlamaq daha məqsədə uyğundur. Az miqdarda qarabaşaq yarması ilə hazırlanan yeməyin reaksiyasına 3 gün ərzində izlənilib, yoxlanılmalıdır. Az miqdarda qarabaşaq elədə fərq etməsədə, çox miqdarda qarabaşaq qəbulu allergiya və ishal kimi reaksiyalara səbəb bilər.

Uşaqlar heç vaxt həkim məsləhəti olmadan qlütensiz pəhriz qəbul etməməlidirlər!

Müəyyən bir sağlamlıq problemi olmadan, körpənizi tam qlütensiz qidalandırmaq, düzgün yanaşma deyil. Xüsusilə, həkim məsləhəti olmadan tətbiq edilməməlidir. Əks halda istəmədən, uşağın sağlamlığı və inkişafı pozula bilər.

Bu resept çox sadədir, buna görə hər kəs belə bu şorba hazırlaya bilər.

Qarabaşaq şorbası üçün inqrediyentlər:

  • 200 qr dana əti (və ya toyuq),
  • 3 xörək qaşığı qarabaşaq yarması,
  • 1 ədəd soğan,
  • 1 ədəd kartof,
  • 1 ədəd kiçik kök,
  • 2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
  • Duz.

Qarabaşaq şorbasnın hazırlanması.

3 stəkan təmiz su qazanda qaynağa qoyulur. Ət və soğan ət maşınından keçirilib, duz vurulur və yaxşı qarışdırılır. Alınmış ətdən əllərimizi yüngülcə isladaraq, kiçik küftələr edib, qaynayan suya duz əlavə edib, sonra küftələri qoyuruq. Su üzərində yaranan köpük tam təmizlədikdən sonra xırda kublara doğranmış kartof əlavə olunub, yenidən qaynağa qoyulur. Qaynayan yeməyə qarabaşaq yarması əlavə edilib, tam bişənə qədər vam odda bişirilir. Sonra üzərinə xırda sürtgəcdən keçirilən kök  və zeytun yağı əlavə edilib, 10 dəqiqə qaynadılır. Çox xırda doğranan

# 16109
avatar

Oxşar yazılar