2076
09:43
26 Aprel 2020

Bu ölkə turist qəbul etməyəcək

İtaliya bu ilin sonuna qədər turistlər üçün sərhədlərini açmaya bilər.

Lent.az -ın xəbərinə görə, bunu “La Repubblica” qəzetinə müsahibəsində Mədəniyyət və turizm naziri Dario Françeskini bildirib.

Nazir deyib ki, sərhədlərin açılması epidemioloji vəziyyətdən və hər bir dövlətin siyasətindən asılıdır. D. Françeskini may ayında İtaliyada koronavirus təhlükəsi ilə əlaqədar bağlanmış muzeylərin və məşhur məkanların açılacağını söyləyib. Nazir bu məkanlar sırasında sırada Kolizey və Pompey antik şəhərinin adlarını çəkib.