Aktrisanı dişləyən ilan özü öldü
25 aprel 2020 11:21 (UTC +04:00)

Aktrisanı dişləyən ilan özü öldü

İsrailli model və kinoaktrisa Orit Fox ilanla oynamaq istəyərkən ilan onun sinəsini dişləyib.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə aktrisa yox, sürünən özü ölüb.

Tel-Əvivdə çəkiliş zamanı model çəkilişlərə rəng qatmağa çalışıb. Çəkilişdə öz təlimçisi ilə iştirak edən ilanla zarafatlaşıb. İlan qəflətən qızın sinəsinə diş atıb. Ətrafdakılar qızı ilandan xilas edib, onu xəstəxanaya aparıblar. Məlum olub ki, aktrisa heç bir zədə almayıb. Amma ilan dişində qalan silikondan zəhərlənib ölüb.

# 2256
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar