08:05
25 Aprel 2020

Tramp Ağ Evdə keçirilən gündəlik brifinqlərdə iştirakını azalda bilər

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mütəmadi keçirilən brifinqlərdə iştirakını koronavirus pandemiyası ilə bağlı azalda bilər.

APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton administrasiyasının rəhbəri bu mətbuat konfranslarının hər birində görünməyə və ya iştirak edəcəyi təqdirdə iştirak müddətini azalda bilər. Ağ Evdə koronavirusla bağlı brifinqlər, demək olar ki, son iki ayda hər gün keçirilib. Bəzən iki saatdan çox davam edən görüşlərin əsas mövzusu koronavirusla mübarizə olsa da, çox vaxt digər məsələlərə də toxunulur. Bu kimi ilk brifinqlər Trampın iştirakı olmadan baş tutub, lakin qısa müddətdən sonra prezident onların hər birində görünməyə başlayıb.

“Axios” qeyd edir ki, D.Trampın bir çox məsləhətçisi onu bu addımdan çəkinməyə çağırıb. Onların fikrincə, Ağ Ev sahibinin brifinqlərdə həddən artıq tez-tez görünməsi prezidentin reytinqlərinə mənfi təsir göstərir.

Qeyd edək ki, bu cümə günü keçirilən brifinq həmişəkindən daha qısa – yarım saatdan da az davam edib. Tramp əvvəlcədən hazırlanmış nitqini səsləndirib, daha sonra Ərzaq və dərmanların keyfiyyətinə nəzarət İdarəsinin rəhbəri Stiven Han və ABŞ-ın vitse-prezidenti Mayk Pens jurnalistlərlə söhbət edib. Prezident özü isə jurnalistlərin suallarını cavablandırmayıb.

Dİgər xəbərlər