09:53
24 Aprel 2020

19 yaşlı futbolçu üçün 60 milyonluq təklif

İtaliyanın “Breşiya” klubunun futbolçusu Sandro Tonali karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.

La Liqa təmsilçisi Tonali üçün 60 milyon avroluq təklif hazırlayır. Barselonanın eyniadlı klubu bu məbləğin üstündə iki futbolçusunu da verməyə hazırdır. Söhbət klubun futbol akademiyasının gənc oyunçularından gedir ki, təxmini qiymətləri 5-7 milyon avroya bərabərdir.

Qeyd edək ki, Tonalinin transferində “Milan” da maraqlıdır.

Dİgər xəbərlər