02:22
22 Aprel 2020

Bu ölkədə kütləvi tədbirlərə qadağa sentyabrın 1-dək uzadıldı

Hollandiya hökuməti tərəfindən iyunun 1-dək qüvvədə olan kütləvi tədbirlərə qoyulan qadağa sentyabrın 1-dək uzadılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Hollandiyanın Baş naziri Mark Ryutte mətbuat konfransında bildirib.

O qeyd edib ki, məhdudiyyətlər, həmçinin, böyük yay musiqi festivallarına, eləcə də idman yarışlarına da şamil ediləcək: “Ölkədə koronavirusun yayılması səbəbindən bu il futbol çempionatı oynanılmayacaq. Bəli, bu kədərli xəbərdir. Bu tədbirləri qurban verməyə məcburuq”.

Xatırladaq ki, hazırda Hollandiya çempionatında 34 turdan 26-sı oynanılıb. Birinci yeri 56 xalla “Ajaks” və “AZ Alkmar” klubları bölüşür, ardınca isə Feyenord və PSV gəlir.

Hollandiya Futbol Federasiyası Avropa turnirlərində yer qazanacaq çempionun necə müəyyənləşdiriləcəyi və sonuncu pillələri tutan komandaların aşağıdakı diviziona göndərilib-göndərilməyəcəyi barədə hələ qərar verməyib.

Dİgər xəbərlər