1209
22:37
21 Aprel 2020

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün YEKUN BƏYANATI


Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar və aprelin 21-də keçirilən ortaq video konfrans da bunlardan biridir. Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər.

Onlar həmçinin yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər.

COVID-19 pandemiyası nəticəsində yaranan fövqəladə vəziyyətə görə əvvəlcədən razılaşdırılmış humanitar təsvirlərin icrasının təxirə salınması etiraf edilib.

Nazirlərin üzbəüz görüşləri və Cenevrədəki razılaşmaya uyğun olaraq həmsədrlərin bölgəyə səfərləri də təxirə salınıb. Buna baxmayaraq, bu məsələlərin həyata keçirilməsi üçün lazımi işlər davam edir.

Həmsədrlər atəşkəs rejiminə ciddi şəkildə əməl olunmasının və mövcud vəziyyətdə təxribatçı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayaraq, tərəfləri gərginliyin daha da azaldılması üçün tədbirlər görməyə çağırıblar.

Tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırkı şəraitdə davam etdirdiyi işlərdən məmnun olduqlarını bildirib, monitorinqlərin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.

Siyasi sərhədlərə baxmadan bütün bəşəriyyətin qarşısında duran və hər bir insan həyatının dəyərli olduğunu xatırladan böyük çətinlikləri nəzərə alaraq Xarici İşlər Nazirləri və həmsədrlər qlobal pandemiyaya qarşı cavabın sülh prosesinə yaradıcı və konstruktiv təkan verəcəyini ümid etdiklərini bildiriblər.

Həmsədrlər, BMT Baş katibinin mövcud sağlamlıq böhranı dövründə qlobal atəşkəs tədbirlərinə dair martın 23-dəki müraciətinə və həmsədrlərin martın 19-da verdikləri bəyanata diqqət çəkiblər.

Xarici İşlər nazirləri və həmsədrlər yaxın əlaqədə qalmağa və ən qısa zamanda üzbəüz müzakirələri davam etdirməyə razılaşıblar.

COVID-19 pandemiyası nəticəsində yaranan fövqəladə vəziyyətə görə əvvəlcədən razılaşdırılmış humanitar təsvirlərin icrasının təxirə salınması etiraf edilib.