ABŞ-ın 1 milyon dollarlıq əskinası: hər kəsi heyrətləndirir  - FOTO
21 aprel 2020 18:52 (UTC +04:00)

ABŞ-ın 1 milyon dollarlıq əskinası: hər kəsi heyrətləndirir - FOTO

Müasir dövrümüzdə kağız pullar heç də kağızdan deyil, kətan və pambıqdan hazırlanan xüsusi reseptlər əsasında çap edilir. Hər ölkə pul vahidinin daha qiymətli və nəcib, eləcə də etibarlı qorunma nişanlarına malik olmasına çalışır. 

Bildiyiniz kimi, ABŞ dolları bu və ya digər üstünlüyünə görə, dünya pul vahidləri sırasında öncül yerlərdədir. 

Lent.az-ın  Rusiya KİV-ə istinadən təqdim etdiyi nadir dollar əskinası çoxlarının heyrətinə səbəb olur – üzərində Azadlıq Heykəli əks olunan 1 000 000 (bir milyon) ABŞ dolları.

Qeyd edək ki, bu əskinas 1988-ci ildə Beynəlxalq Milyonerlər Birliyi ABŞ-ın uğur və maliyyə azadlığı xəyalının təcəssümü olaraq buraxılıb.

# 25559
avatar

Oxşar yazılar