11:43
20 Aprel 2020

Rusiyada koronavirusdan ölənlərin sayı artdı

Rusiyada son sutka ərzində daha 4268 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların ümumi sayı 47 121 nəfərə çatıb.

Son sutka ərzində 44 nəfərin öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 405-ə çatıb. Sağalanların sayı 3446 nəfərdir.

Dİgər xəbərlər