510
17:48
18 Aprel 2020

Britaniyada koronavirusdan son bir gündə 888 nəfər öldü


Böyük Britaniyada son sutka ərzində daha 888 nəfər yeni növ koronavirusdan vəfat edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 15 464 nəfərə çatıb.

Britaniyada koronavirus xəstələrinin sayı isə son sutka ərzində 5525 nəfər artaraq 114 217 nəfərə çatıb.