Qələbə Gününə həsr olunmuş festival-müsabiqə elan edildi
17 aprel 2020 11:29 (UTC +04:00)

Qələbə Gününə həsr olunmuş festival-müsabiqə elan edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May - Qələbə Günü festival-müsabiqəsi elan edib.

Lent.az  xəbər verir ki, bir turdan ibarət müsabiqə fortepiano, xalq çalğı, simli, nəfəs alətləri, gitara, xanəndə, vokal, estrada oxuma və rəsm ixtisasları üzrə Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) keçirilir.

İştirakçılar ifa müddəti 5 dəqiqəyə qədər olan bir əsərlə festival-müsabiqəyə qatila bilərlər. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə alınır. İştirak haqqında ərizələr məktəb rəhbərliyi tərəfindən aprelin 28-dək seadeteminova@mail.ru elektron poçt ünvanına təqdim olunmalıdır.

Müsabiqə ilə bağlı ətraflı məlumat üçün (+994) 50 355-08-49 mobil telefonu ilə əlaqə saxlamaq olar.

Göstərilən vaxtdan gec daxil olan sənədlər qəbul edilməyəcək.

# 1919
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar