749
22:16
16 Aprel 2020

Azərbaycan XİN Gürcüstana təşəkkür etdi - FOTO

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Tbilisi teleqülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə əlaqədar "Twitter" hesabında paylaşım edib.

APA-nın yerli bürosu xəbər verir ki, XİN başçısı paylaşımında ölkəsinin koronavirusla mübarizədə Azərbaycanla həmrəy olduğunu və dəstəklədiyini qeyd edib.

Tbilisi teleqülləsi ümid, dəstək və həmrəylik mesajı olaraq COVID-19 pandemiyasından zərbə almış Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb. Biz hamımız eyni gəmidəyik. Biz birlikdə qalib gələcəyik”, - deyə paylaşımda bildirilib.

Azərbaycan XİN isə Tbilisiyə həmrəylik mesajına görə təşəkkür edib. Nazirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda həmrəylik mesajına görə Gürcüstana təşəkkür edilib.

“Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan”, - deyə paylaşımda qeyd edilib.