358
11:15
15 Aprel 2020

Ermənistanda 44 nəfərdə koronavirus aşkarlandı: ölən var

Aprelin 15-i saat 11:00-a olan vəziyyətə görə Ermənistanda 1111 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, ötən sutkada daha 44 nəfər koronavirusa yoluxub.

Bundan əvvəl COVID-19-a yoluxanlardan biri ölüb. Beləliklə, Ermənistanda ölənlərin sayı 17-yə çatıb.

Ölənin 66 yaşlı bir kişi olduğu bildirilir.