493
19:06
11 Aprel 2020

İranda koronavirusdan 4 357 nəfər ölüb


İranda koronavirusa yoluxanların sayı 70 000-i keçib.

APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Ölkədə bu günədək koronavirusa yoluxanların sayının 70 029 nəfər olduğu açıqlanıb. Virusa yoluxaraq vəfat edənlərin sayı isə 4 357 nəfərdir.

Nazirlikdən bildirilib ki, son sutka ərzində koronavirusa yoluxmuş 125 nəfər vəfat edib, ölkə ərazisində 1837 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək COVID-19 virusuna yoluxmuş 41 947 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3 987 nəfərin vəziyyəti ağırdır.