15:42
11 Aprel 2020

Bu ölkədə də futbol bərpa olunur – Aprelin 19-dan

Dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunur.

Ölkənin Futbol Federasiyası milli çempionatın matçlarının aprelin 19-dan davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.

Rəsmi məlumata əsasən, bu ölkədə COVİD-19 virusu aşkar edilməyib. “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı bildirir ki, Türkmənistanda “koronavirus” sözünün işlənməsinə qadağa qoyulub.

Əlavə edək ki, hazırda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir. /qol.az

Dİgər xəbərlər