“Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” müsabiqəsi başlayıb
10 aprel 2020 15:57 (UTC +04:00)

“Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” müsabiqəsi başlayıb

Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəyə start verib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə müsabiqə çərçivəsində istənilən şəxs öz layihəsini “Kreativ Azərbaycan” portalının elektron poçt ünvanına ([email protected]) göndərə bilər. Layihənin təsviri forması sərbəstdir. İşlərin qəbulu mayın 15-dək davam edəcək. Ümumi fondu 10 min manat olan müsabiqədə birinci yerin qalibinə 5 min, ikinci yerin qalibinə 3 min, üçüncü yerin qalibinə isə 2 min manat pul mükafatı veriləcək.

Qaliblərin mayın 31-dən etibarən müəyyənləşdirilməsi nəzərdə tutulur.

# 2209
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar