576
14:15
10 Aprel 2020

Zorlamada ittiham olunan məşhur prodüser koronavirusdan sağaldı, amma...

İki qadına cinsi istismarda günahlandırllaraq həbsxanada yatanq almaqallı Hollivud prodüseri Harvi Vaynşteyn koronavirus infeksiyasından uğurla müalicə olunub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə məlumatlı mənbəyə istinad olunur.

“Biz diaqnoz təsdiqlənəndən sonra onunla əlaqəni itirmişik. Düzünü deyim, çox narahat idim. Mən onun müalicə olunacağına inanmırdım. Hansısa məqamda hətta düşünürdüm ki, bu onun sonu olacaq”, - mənbə deyib.

Qeyd edilir ki, 68 yaşlı keçmiş prodüser hazırda intihar təhlükəsi səbəbiylə islah-əmək müəssisəsinin psixiatrik hissəsindədir.