Bakıda maşın oğurlayan keçmiş məhkum tutuldu
10 aprel 2020 14:37 (UTC +04:00)

Bakıda maşın oğurlayan keçmiş məhkum tutuldu

Bakıda avtomobil və seriya nömrələri oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 5-də T.Mikayılovun “Mercedes” markalı avtomobilini qaçırılıb. Həmçinin “Renault” və “Mercedes” markalı 2 avtomobilin dövlət qeydiyyat nişanları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb.

# 810
avatar

Mehman Nəbiyev

Oxşar yazılar