Digər mövsümi koronaviruslar varmı? – ARAŞDIRMA
10 aprel 2020 12:33 (UTC +04:00)

Digər mövsümi koronaviruslar varmı? – ARAŞDIRMA

Sabit isti havanın koronavirus pandemiyasının yayılmasını dayandırmağa kömək edəcəyi barədə fərziyyələr mövcuddur.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bununla birlikdə, yeni virusun dünya miqyasında yayılmasına dair dəlillər fərqlidir.

Bu fonda, elm adamları yeni koronavirusun mövsümi olması barədə nəticə çıxarmağa tələsmirlər.

Bu suala cavab vermək üçün vaxt və nəzarət nöqtəsindəki vəziyyətin il ərzində necə dəyişdiyini müşahidə etmək lazımdır.

Bununla yanaşı, digər koronavirusların mövsümi ola biləcəyinə dair dəlillərin olub-olmaması ilə bağlı sual ortaya çıxır.

Londonun Universitet kollecinin alimlərinin və onların London Gigiyena və Tropik Tibb Məktəbinin həmkarları tərəfindən edilən araşdırmaların nəticələrinə görə, məşhur koronaviruslar əsasən qışda yayılır.

Bunun üçün həftəlik 2000 nəfər arasında sorğu keçirilib.

Mütəxəssislər respondentlər və ailələri arasında tənəffüs xəstəliyinin əlamətlərinin olması ilə maraqlandırıb.

Aşkar edilmiş halların təhlili əsasında mütəxəssislər koronavirus xəstəliklərinin zirvəsinin qışda, eyni zamanda bir neçə qripə yoluxma ilə baş verdiyi qənaətinə gəliblər.

Yaz aylarında alimlər yalnız bir neçə yoluxma hadisəsini müəyyənləşdiriblər.

 

# 1060
avatar

Oxşar yazılar