Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb
10 aprel 2020 04:34 (UTC +04:00)

Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb


 

“Martın 1-dən etibarən Fransada koronavirusdan ölənlərin sayı 12 210 nəfər olub. Ölənlərin 42% -i 70 yaşdan yuxarı insanlardır. Son sutkada xəstəxanalarda ölənlərin sayı isə 412 nəfər artaraq 8044-ə çatıb”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Səhiyyə departamentinin baş direktoru Jerome Salomon keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, qocalar evlərində və digər social-tibb müəssisələrində son sutkada 929 ölüm qeydə alınaraq, ümumilikdə bu rəqəm 4166 nəfərə çatıb: “Lakin bu məlumatlar hələ tam deyil, çünki tibb müəssisələrindən hələ də məlumatlar alınmaqdadır”. 

Salomonun sözlərinə görə, hazırda reanimasiyada 7066 nəfər var: “Ümumilikdə hər gün təxminən 369 nəfər reanimasiyaya yerləşdirilir. Xəstəxanalarda olan xəstələrin sayı isə 30767 nəfərdir. 1144 tibb müəssisəsindən alınan məlumatlara görə, bu günədək xəstəxanaya yerləşdirilənlərin sayı 62 641 nəfər olub”. 

# 763
avatar

Oxşar yazılar