Faiq Əmirliyə 30 sutka cəza verildi
09 aprel 2020 14:30 (UTC +04:00)

Faiq Əmirliyə 30 sutka cəza verildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli inzibati qaydada həbs edilib.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın səfrliyi ilə keçirilən məhkəmə prosesində Faiq Əmirli barəsində 30 sutka inzibati həbs qərarı verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham edilib. 

# 1595
avatar

Oxşar yazılar