Ev paltarlarınızla əhvalınızı belə dəyişin - FOTOLENT
08 aprel 2020 17:43 (UTC +04:00)

Ev paltarlarınızla əhvalınızı belə dəyişin - FOTOLENT

Koronovirus infeksiyasının təhlükəsinə görə, hazırda hamımız evdə özümüzü və ailəmizi mühafizəyə almışıq. Amma evdə olmaq o demək deyil ki, həyatımız tamamilə dəyişsin. Bizlər evdə də gözəlliyimizin, əhvalımızın qayğısına qala bilərik. Bəs necə?
Lent.az xarici KİV-ə istinadən sizə ev paltarları ilə əhvalınızı necə dəyişə biləcəyinizin yollarını öyrədəcək. 

Hər günə bir paltar
Hər gün evdə geyinəcəyiniz paltarı dəyişin. 

Evdə romantik bir gecə

Axşam yeməyinə bir az həyəcan qatmaq üçün, süfrə arxasına keçdiyiniz bütün ev sakinləri ilə birlikdə ziyafətə gedən kimi geyinin. İnanın bu əhvalınızı xeyli artıracaq. 

İdman saatı seçin

Özünüz üçün mütləq bir idman saatı seçin. Həmin zaman idman geyimində məşq edin. 

Evdən işləmək

Evdən virtual qaydada işləyirsinizsə, həmin saatları işdə olduğunuz kimi geyinin. Bu sizin işə daha çox diqqətli yanaşmanızda kömək olacaq.

# 2123
avatar

Oxşar yazılar