"Hazırda koronavirusa yoluxan 750 xəstəmiz var” - TƏBİB
08 aprel 2020 17:43 (UTC +04:00)

"Hazırda koronavirusa yoluxan 750 xəstəmiz var” - TƏBİB

“Koronavirusdan ümumi sağalan 63 nəfərdir, 8 nəfər ölüb. Hazırda 750 xəstəmiz var”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, 53 mindən artıq test keçirilib: “Ötən həftə ilə müqayisədə yoluxma hallarının artması müşahidə olunub. İnkubasiya dövrü tamamlandıqda təcili yardıma zənglər artır, koronavirusa yoluxanlar artır”.

# 1269
avatar

Oxşar yazılar