Pyatiqorskda azərbaycanlılar 55 ailəyə yarım etdi
08 aprel 2020 12:04 (UTC +04:00)

Pyatiqorskda azərbaycanlılar 55 ailəyə yarım etdi

Azərbaycanlıların Rusiyanın Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” diaspora təşkilatı 55 ailəyə ərzaq yardımı edib. Lent.az-ın Stavropol vilayətinin stv24 telekanalına istinadən məlumatına görə, 55 ailə müxtəlif ərzaq növlərindən ibarət bağlamalar alıblar.

“Araz”ın sədri Təhməasib Zeynalovun bildirdiyinə görə, yardım əsasən aztəminatlı, çox uşaqlı ailələr və təqaüdçülərə edilib.

“Bizə aztəminatlı ailələrin siyahısını yerli meriya təqdim etdi. Dərhal da çağırış etdik. Şəhərdə yaşayan azərbaycanlılar, kimi pulla, kimi ərzaqla təşəbbüsümüzə qoşuldu. Yardım kampaniyamızı davam etdirəcəyik”.

 

# 1019
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar