Astarada gömrükçülər 57 ailəyə ərzaq yardımı etdilər - FOTOLENT
07 aprel 2020 18:55 (UTC +04:00)

Astarada gömrükçülər 57 ailəyə ərzaq yardımı etdilər - FOTOLENT

Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinin ön sıralarında yer alan gömrükçülər sərhəddən keçən şəxslərin yoxlanılmasında,  mal və nəqliyyat vasitələrinin həm dezinfeksiya edilməsi, həm də təhlükəsizlik tədbirlərinə uyğun şəkildə təyinat nöqtəsinə çatdırılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, bundan başqa gömrükçülər ölkədə könüllülük prinsipiylə həyata keçirilən müxtəlif aksiyalarda  da fəal iştirak edirlər. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları karantin rejimi ilə əlaqədar rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Ümumilikdə, 57 ailəyə gündəlik qida məhsullarından  ibarət ərzaq yardımı  göstərən gömrükçülər, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

# 1099
avatar

Mehman Nəbiyev

Oxşar yazılar