Piyadanı vurub qaçan avtobus sürücüsü tutuldu
07 aprel 2020 15:54 (UTC +04:00)

Piyadanı vurub qaçan avtobus sürücüsü tutuldu

 

Aprelin 6-da saat 20 radələrində Xətai rayonu, Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

# 700
avatar

Mehman Nəbiyev

Oxşar yazılar